Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa birinciliyinin ilk günündə uğurla çıxış edib.
Presssport.az Azərbaycan Stolüstü Tennis federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Onur Quluzadə, Şakir Qədirov və Yağmur Məmmədli, Banu Baytallıdan ibarət heyət komanda yarışlarının ilkin qrup mərhələsində etimadı doğruldub.
İngiltərəyə 3:2, Estoniyaya 5:0 hesabı ilə qalib gələn idmançılarımız avstriyalı rəqiblərinə 2:3 hesabı ilə uduzaraq qrup 2-cisi kimi növbəti mərhələyə adlayıb.
Komandamız bu gün keçiriləcək ikinci qrup mərhələsində Almaniya, Bolqarıstan və Macarıstan yığmalarıyla mübarizə aparacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC