Azərbaycan cüdoçusu Səid Mollayi Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə medal qazanıb. Presssport.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançımız bürünc mükafata sahib çıxıb.
Tatamiyə çıxan digər cüdoçularımız Rəşid Məmmədəliyev və Nurlan Osmanov (hər ikisi 73 kq) medal qazana bilməyiblər.
Xatırladaq ki, yarışın ilk günündə Turan Bayramov (60 kq) və Kamran Süleymanov (66 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) gümüş medal əldə ediblər. Qran-pri yanvarın 28-də başa çatacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC