Həndbol üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Həndbol üzrə qızlar və oğlanlar arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.

Presssport.az Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, oğlanlar arasında “Bakı-1” yarışın qalibi adını qazanıb.

İlk "3-lüt"ü qapayan digər komandalar "Bakı-2" və “Mingəçevir” olub.

Qızlar arasında isə "Bakı-2", "Bakı-1" və "Bakı-3" müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerləri tutub.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə diplom və hədiyyələr təqdim olunub.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC