Şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək

Şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.

Presssport.az Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, kişilər arasında ölkə çempionatında FIDE əmsalı (klassik, rapid və ya blits) 2100-dən, qadınlar arasında isə 2000-dən yuxarı olan şahmatçılar iştirak edə bilər.

Azərbaycan çempionatının mükafat fondu 8000 manat təşkil edəcək. Bu məbləğin 5000 manatı kişilərin, 3000 manatı isə qadınların turnirində oynanılacaq.

Onu da bildirək ki, oktyabrın 4-dən 7-nə qədər keçiriləcək Azərbaycan çempionatı rapid və blits üzrə dünya çempionatına seçmə xarakter daşıyır. Ölkə çempionatlarında ilk 3 yeri tutacaq şahmatçılar ABŞ-nin Nyu-York şəhərində keçiriləcək dünya çempionatına ezam olunacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC