Azərbaycanın minifutbol üzrə son çempionu "Birbaşa Bakı" Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasının (ÇL) qalibi olub.
Presssport.az xəbər verir ki, finalda Çexiya “Brno”suyla qarşılaşan təmsilçimiz 2:1 hesabı ilə qələbə qazanıb.
Bakı komandasının üzvü Təmkin Xəlilzadə turnirin ən yaxşı oyunçusu seçilib. Bürünc medalçı İspaniyanın “Malaqa” klubu olub.
Xatırladaq ki, ÇL-də digər təmsilçimiz, gümüş medalçı “Aznur” mübarizəni 1/8 finalda məhz “Birbaşa Bakı”ya uduzaraq dayandırmışdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC