Ümumdünya Şahmat Olimpiadası: Milli komandalarımız mübarizəyə başlayır

Bu gün Azərbaycan milliləri Macarıstanın paytaxtı Budapeştdə start götürəcək 45-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayacaq.

Presssport.az xəbər verir ki, kişilərdən ibarət yığma ilk turda İordaniya ilə üz-üzə gələcək.

Qadınlardan ibarət komanda isə Nikaraquanın müqavimətini qırmağa çalışacaq.

Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıb.

Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC