Azərbaycanın qadınlardan ibarət cüdo millisi İspaniyanın Malaqa şəhərində oktyabrın 14-dən 19-dək davam edəcək Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən Olimpiya təlim-məşq toplanışına qatılıb.
Presssport.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesində 7 idmançı çıxış edir.
Cüdoçulara qadınlardan ibarət yığma komandanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edir.
Təlim-məşq toplanışı noyabrın 15-dən 17-dək Polşanın Pila şəhərində keçiriləcək 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatına hazırlıq məqsədi daşıyır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC