"Berezutski "Sabah"dan sonra Rusiya Premyer Liqasında Top-kluba rəhbərlik edə biləcək"

Rusiyalı futbol eksperti Valeri Nepomnyaşi Vasili Berezutskinin "Sabah"a baş məşqçi təyin olunmasını şərh edib.

Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssis 42 yaşlı məşqçinin təyinatı haqda müsbət fikirlər səsləndirib: “Allah qoysa, Vasili Berezutskinin “Sabah”da işləri uğurlu alınsın. Çünki Azərbaycanda hər şey sadə deyil. Ancaq orda rus dili üstünlük təşkil edir ki, bu da onun üçün daha asan olacaq. Komandanı o qədər də yaxşı bilmirəm. Amma Berezutskinin yaxşı biliyi və böyük təcrübəsi olduğu üçün işi yaxşı gətirməlidi”.

81 yaşlı məşqçinin fikrincə, Berezutski çoxdan baş məşqçi kimi çalışmalı idi: "Yəqin ki, O "Sabah"dan sonra Rusiya Premyer Liqasında Top-kluba rəhbərlik edə biləcək".

Xatırladaq ki, Nepomnyaşi Kamerun və Özbəkistan millisi və Türkiyədə “Gənclərbirliyi”, “Ankaragücü”, Cənubi Koreyada “Puçxon”, Özbəkistanda “Paxtakor", Rusiyada “Tom”, “Baltika”, Yaponiyada “Sanfreççe Xirosima” klublarını çalışdırıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC