“Azərbaycanın ən böyük klubunda oynamaq çox xoş idi. Bu fürsət mənə verildiyi üçün minnətdar olacam”.
Presssport.az xəbər verir ki, bunu "Neftçi" ilə yollarını ayıran Andre Şinyaşiki şəxsi “İnstagram” hesabında yazıb.
27 yaşlı hücumçu "ağ-qaralar"ın fanatlarına müraciət edib: "Hörmətli "Neftçi" azarkeşləri, hər şey üçün təşəkkür edirəm.Kluba və gözəl tərəfdarlara uğurlar arzulayıram".
Xatırladaq ki, 2023-cü ilin avqustunda transfer olunmuş Şinyaşiki “Neftçi”nin heyətində 38 rəsmi oyun keçirib, 5 qol vurub. Onunla müqavilə bu gün qarşılıqlı razılıqla pozulub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC