Qadınlardan ibarət Azərbaycan milli komandasının noyabrın 28-də və dekabrın 2-də Rusiya yığması ilə Soçidə keçirəcəyi yoldaşlıq görüşlərinin hakimləri müəyyənləşib.
Presssport.az xəbər verir ki, hər 2 oyunu Tacikistandan olan eyni hakimlər briqadası idarə edəcək.
Belə ki, qarşılaşmalarda Nodira Mirzoeva ədaləti qoruyacaq. Onun yan xərdə köməkçiləri Dilshoda Rahmonova və Farhod Kuralov olacaq. Dördüncü hakim funksiyasını Anastasiya Ponomaryova yerinə yetirəcək.
Xatırladaq ki, ilk oyun FİŞT Olimpiya Stadionunda, ikinci görüş isə “Soçi” klubunun məşq bazasında keçiriləcək. Hər 2 matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC