“Neftçi” braziliyalı hücumçusu Andre Şinyaşiki ilə yolları ayırıb.
Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, 27 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Ağ-qaralar” legionerə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.
Xatırladaq ki, 2023-cü ilin avqustunda transfer olunmuş Şinyaşiki “Neftçi”nin heyətində 38 rəsmi oyunda 5 qol vurub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC