"Lion"la üz-üzə gəlmək Benzia üçün xüsusidi: "Sabiq klubuma ən yaxşısını arzulayıram, amma cümə axşamı yox"

"Liqa mərhələsinin püşkatması zamanı televizor qarşısında idim və bizə Fransa təmsilçisinin rəqib olmasını istəyirdim. "Lion"la qarşılaşmaq isə yaxşı oldu. Bu komanda ilə üz-üzə gəlmək mənim üçün xüsusidi".

Presssport.az xəbər verir ki bunu "Qarabağ"ın futbolçusu Yassin Benzia Avropa Liqasında Fransanın "Lion" klubuna qarşı keçirəcəkləri matçla bağlı deyib.

30 yaşlı yarımmüdafiəçi sabiq komandasını daim izlədiyini və Azərbaycan çempionunun Avropada böyük klublara qarşı mübarizə apardığını vurğulayıb: "Futbolçulardan Korenten Tolisso, Aleksandr Lyakazett, Stüard Jerom Renaud, fizioterapevt Abdel Redissini görəcəm".

"Lion"a ən yaxşısını arzulayıram. Amma cümə axşamı yox".

Xatırladaq ki, Benzia 2011-15-ci illər aralığında "Lion"un formasını geyinib. Bu, əlcəzairli futbolçunun peşəkar karyerasında ilk klubu olub.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC