Millimizin futbolçusu Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” Cənubi Koreya çempionatında mövsümü 8-ci pillədə başa vurub.
Presssport.az xəbər verir ki, 26 yaşlı müdafiəçi şəxsi “İnstagram” səhifəsində paylaşım edərək başa çatan mövsümü dəyərləndirib: "2024 mövsümü bitdi. Vəzifəmizin öhdəsindən gəldik. Bunu necə bacardığımızı demək çətindi, amma birlikdə bacardıq. Mövsümboyu dəstəyiniz əla idi., buna layiqsiniz. Gəlin, növbəti mövsümə daha yaxşı hazırlaşaq və birlikdə hədəfə doğru irəliləyək. Cənubi Koreyanın ən yaxşı azarkeşləri olan klubunda çıxış etməkdən fəxr hissi keçirirəm".
Onu da bildirək ki, “Daejeon” 12 komandalı çempionatda 38 turdan sonra 48 xalla mövsümü 8-ci pillədə başa vurub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC