Dünya çempionatında 2 medal qazandıq, federasiya prezidenti bu nəticəni qənaətbəxş hesab etdi

Özbəkistanın paytaxtı Daşkənddə qarışıq təkbətək döyüş növü MMA üzrə dünya çempionatı keçirilib.

Presssport.az xəbər verir ki, bu növdə ilin son mötəbər yarışında 65 ölkədən 830 idmançı mübarizə aparıb.

Azərbaycan MMA Federasiyasının komandası dünya çempionatında 2 medal qazanıb. Yarımfinalda məğlub olan Esmira Məmmədova dünya çempionatını 3-cü pillədə başa vurub. Ruslan Tahirli isə finala qədər bütün görüşlərdə qələbə qazanıb. Finalda gərgin mübarizədə məğlub olan Tahirli 2-ci yeri tutub.

Dünya çempionatını 1 gümüş və 1 bürünc medalla başa vuran yığma komandanın nəticəsini qənaətbəxş hesab edən Azərbaycan MMA Federasiyasının prezidenti Rövşən Həsənov gələcək illərdə Bakıda beynəlxalq yarışın keçirilmə ehtimalından danışıb: “Dünya çempionatında 800-dən çox idmançı yarışdı. Gərgin və güclü rəqabətin olduğu dünya çempionatında qazanılan 2 medalı qənaətbəxş hesab edirəm. Əsas məqsəd qızıl medal qazanmaq idi. Amma idmançıların göstərdiyi mübarizə komandanın düzgün yolda olduğunu sübut etdi. İnanırıq ki, növbəti yarışlarda idmançılarımız qızım medal qazanmağı bacaracaq. Azərbaycan yığmasının rəhbərinə, tanınmış məşqçi Şəhriyar Abbasova da öz təşəkkürümü bildirirəm. Eyni zamanda yaxın illərdə MMA üzrə Bakıda beynəlxalq turnirin keçirilməsi məsələsinin də müzakirə edildiyini söyləmək istərdim”.

Onu da bildirək ki, dünya çempionatı ən nüfuzlu MMA təşkilatı İMMAF tərəfindən keçirilib. İMMAF ölkəmizdə yalnız Azərbaycan MMA Federasiyasını tanıyır. Bir neçə gün əvvəl Özbəkistanda İMMAF-ın bütün nümayəndələrinin iştirakıyla Baş Assambleyası təşkil olunub. Azərbaycanı toplantıda AZMAF-ın prezidenti təmsil edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC