Madrid “Real"ının gənc ulduz futbolçusu Arda Gülər karyerasında bir ilk yaşayıb.
Presssport.az xəbər verir ki, Türkiyə yığmasının üzvü Çempionlar Liqasınfa “Liverpul”a 0:2 hesabıyla uduzduqları səfər matçında start heyətdə meydana çıxıb.
Bununla da 19 yaşlı yarımmüdafiəçi karyerasında ilk dəfə Avropanın ən nüfuzlu klub turnirində əsas “11-lik”də yer alıb. 57 dəqiqə meydanda qalan Arda matçın ən yaxşılarından olub. Belə ki, onun oyunu 7 balla qiymətləndirilib.
Xatırladaq ki, Gülər ötən ilin iyulun 7-dən İspaniya nəhənginin formasını geyinir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC