AVF-nin həkimi beynəlxalq yarışa təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi, Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımova beynəlxalq yarışa təyinat alıb.

Presssport.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, V.Kazımova 22 yaşadək (U-22) qızların Avropa çempionatının final mərhələsində fəaliyyət göstərəcək.

Həmyerlimiz İtaliyanın Kopertino və Lecce şəhərlərində baş tutacaq oyunlara CEV-in tibbi nümayəndəsi kimi nəzarət edəcək.

Onu da bildirək ki, bu gün startı veriləcək yarış iyulun 6-na qədər davam edəcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC