AGF Qobustan şəhərində seminar keçirib

Azərbaycan Güləş Federasiyası (AGF) Qobustan şəhərində seminar keçirib.

Presssport.az AGF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarında fəaliyyət göstərən məşqçi-müəllimlər iştirak edib.

Seminarın nəzəri hissəsi Qobustan Gənclər Evində baş tutub. Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan üzrə sektor müdiri Qadir Əkbərov seminarın önəmindən danışıb və buna görə AGF-yə təşəkkürünü bildirib. 

AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev federasiyanın həyata keçirdiyi layihələrdən, güləş qaydalarından və qayda pozuntularından danışıb. Qadın güləşi üzrə yeniyetmə və gənclərdən ibarət millinin məşqçisi Həsrət Məmmədyarov və yunan-Roma güləşi üzrə U-17 millinin məşqçisi Elbrus Məmmədov yerli məşqçilərə öz tövsiyələrini çatdırıb.

Bu seminarda da azyaşlı idmançıların çox çəki salmasının fəsadları qabardılıb. I-S kateqoriyalı referi Sədi Quliyev video nümayişi fonunda edilən fəndlərin qiymətləndirilməsinə toxunub.

Seminarın praktiki hissəsi isə Qobustan Uşaq Gənclər İdman Məktəbinin güləş zalında baş tutub. Məmmədyarov sərbəst, Məmmədov isə yunan-Roma güləşi üzrə müxtəlif fəndlərin dəqiq icrasını nümayiş etdirib.

Onu da bildirək ki, güləş məşqçilərinin ümumrespublika seminarının növbəti mərhələsi noyabrın 26-da Qazax şəhərində keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC