"Sabah"ın baş məşqçisi olmaqdan qürur duyuram. Bu, mənim üçün əla fürsətdi. Bundan sonra yolumuza birlikdə davam edəcəyik. Ümid edirəm ki, bu yol məhsuldar, maraqlı və çox həyəcanlı keçəcək".
Presssport.az xəbər verir ki, bunu "Sabah"ın yeni baş məşqçisi Vasili Berezutski klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, təyinatı ilə bağlı danışaraq həmkarı Murad Musayev uzun müddət "Sabah"ın baş məşqçisi olduğu üçün bu klubu onun sayəsində tanıdığını gizlətməyib: Muradla münasibətim çox yaxşıdı, birlikdə oxumuşuq. O, "Sabah"da işləməyə başladıqdan sonra komandanın oyunlarını izləyirdim".
Xatırladaq ki, 42 yaşlı Berezutski dünən “Sabah"ın baş məşqçisi təyin olunaraq 2,5 illik müqavilə imzalanıb. Onun yeni klubu hazırda Misli Premyer Liqasının turnir cədvəlində 19 xalla 5-ci pillədə yer alıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC