“Böyük Dəbilqə”: 4 cüdoçumuz bu gün mübarizəyə başlayır

Azərbaycan cüdo millisinin 4 üzvü Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində bu gün mübarizəyə başlayır.

Presssport.az xəbər verir ki, təmsilçilərimiz iki çəkidə çıxış edəcəklər.

Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kq), Zelim Tçkayev və Səid Mollayi (hər ikisi 81 kq) mükafatçılar sırasına düşməyə çalışacaqlar.

73 kq
1/32 final: Rəşid Məmmədəliyev – Kyartan Xreydarsson (İslandiya)
1/16 final: İbrahim Əliyev – İqor Vandtke (Almaniya)

81 kq
1/32 final: Zelim Tçkayev – Husni Taubani (Komor adaları)
1/32 final: Səid Mollayi – Alain Aprahamyan (Uruqvay)

Xatırladaq ki, turnirin ilk günündə Nazir Talıbov və Əhməd Yusifov (hər ikisi 60 kq) medal qazana bilməyiblər. Yarışa fevralın 4-də yekun vurulacaq ki, Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC