Avropa çempionatında iştirak edəcək ağırlıqqaldıranlarımız bəlli oldu

Azərbaycan ağırlıqqaldırma millisi Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına 9 idmançı ilə yollanacaq.

Presssport.az Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, onlardan 8-i kişi, 1-i qadın ağırlıqqaldıran olacaq.

İsa Rüstəmov, Tehran Məmmədov (hər ikisi 67 kq), Ömər Cavadov (73 kq), Ravin Alməmmədov, Füqan Əliyev (hər ikisi 81 kq), Nurlan Məmmədzadə (89 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) kişilər, Nazilə İsmayılova (45 kq) isə qadınlar arasında yarışda qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatı fevralın 12-20-si aralığında baş tutacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC